Bakıda zirzəmisinə su yığılmış binaların sayı açıqlanıb

media-ads_728_90

Son dövrlərdə Bakıda zirzəmisinə su yığılmış 114 bina aşkarlanıb.

“TV1” xəbər verir ki, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologoya Mərkəzi bu barədə məlumat yayıb.

Məlumata əsasən, aparılmış monitorinqlər zamanı belə zirzəmilər Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Nizami, Nəsimi, Yasamal, Səbail, Suraxanı, Sabunçu, Nərimanov rayonu ərazilərində olan binalarda qeydə alınıb.

“Bu ünvanlarda su axıntıların qarşısının alınması, zirzəmilərin qurudulması ilə bağlı tədbirlərin aparılması məqsədi ilə Bakı şəhər İcra Hakimiyyətinə və rayonların Mənzil Kommunal Təsərrüfat Birliyi idarələrinə məktublarla müraciət olunub”, – bildirilib./report

media-ads_728_90
Paylaş