Bakının bu ərazilərində niyə su yoxdur?
Bakının Nəsimi və Səbail rayonlarının bəzi ərazilərinə su verilmir.
“TV1” xəbər verir ki, vətəndaşlar bununla bağlı sosial şəbəkələrdə məlumat paylaşıblar.
Onlar bildirirlər ki, Badamdar qəsəbəsinin bəzi yerlərində artıq iki gündür ki, su yoxdur. Eyni problem 6-cı mikrorayonda da yaşanır.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, qeyd olunan ünvanlarda içməli su xəttində qəza baş verib:
“Hazırda müvafiq rayon sukanal idarələrinin qəza briqadaları tərəfindən intensiv bərpa işləri görülür. Gün ərzində işlər yekunlaşdırılacaq, suyun verilməsi bərpa ediləcək”.