Belçika Fələstin Dövlətini tanıdı

media-ads_728_90

Belçika Fələstinin dövlətçiliyini tanıyan ölkələr qrupuna qoşulub.

“TV1” “TASS”a istinadən xəbər verir ki, bu barədə Baş nazir Bart De Vever BMT Baş Assambleyasının (GA) sessiyasında bildirib.

Krallığın baş nazirinin sözlərinə görə, İsrail siyasətçilərinin, o cümlədən Benyamin Netanyahunun Fələstin dövlətinin olmayacağı ilə bağlı son bəyanatları bu məsələdə fələstinlilərə dəstək vermək üçün əlavə səbəbdir:

“Belçika həmişə iki dövlət prinsipini müdafiə edib və bu gün Nyu-York Bəyannaməsini imzalayanlara qoşulub. Yalnız belə bir həll İsrail və Fələstin xalqlarına sülh və təhlükəsizlik şəraitində yan-yana yaşamağa imkan verəcək. Buna görə də Belçika BMT Baş Assambleyasının sessiyası çərçivəsində Fələstin dövlətini tanıdığını elan edən ölkələr qrupuna qoşulmaqla, dünyaya güclü siyasi siqnal göndərir”.

media-ads_728_90
Paylaş