Beyləqanın Dünyamalılar kəndində Şəhidlərə böyük ehtiram - Abidə kompleksi YENİ GÖRKƏMDƏ/VİDEO

media-ads_728_90

Beyləqan rayonunun Dünyamalılar kəndində Şəhidlər abidə kompleksi təmir edilib.

“TV1” xəbər verir ki, Dünyamalılar kəndi rayonun iri təsərrüfatlarından biri hesab edilir.

Hazırda 8 min nəfərdən çox əhalisi var.

Öz qəhrəman övladları ilə tanınan bu məkanın 200 nəfərdən çox müharibə iştirakçısı,12 qazisi var. Müstəqilliyimizin ilk illərində bu kənd erməni işğalçılarına qarşı sinə gərən 13 övladını şəhid verib. Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində də şəhid verən kəndin ümumilikdə 19 övladı şirin canlarını doğma yurda qurban ediblər. Onların əziz xatirəsi qədirbilən həmkəndliləri tərəfindən daim uca tutulur.

2020-ci ildə Dünyamalılar kəndində Şəhidlər abidə kompleksinin əsası qoyulub. Kənd bələdiyyəsi tərəfindən bir il ərzində tikilən bu memorialın cari təmiri təzəlikcə başa çatıb. Yeni işıqlandırma sistemi quraşdırılıb, xatirə şəkilləri yenidən cilalanıb.

Qeyd edək ki, abidə komplekslərinə belə qayğı bir daha göstərir ki, şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdədir.

media-ads_728_90
Paylaş