Bölgələrə leysan yağır - FAKTİKİ HAVA
Sentyabrın 21-i saat 16:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən “TV1”-ə verilən məlumata görə, Naxçıvan, Şahbuz, Culfa, Ordubad, Zaqatala, Balakən, Oğuz, Qrız, Quba, Qusar, Xınalıq, Qəbələ, Qobustan, Zərdab, Beyləqan, İmişli, Neftçala, Salyan, Sabirabad, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağdamda arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.