Bölgələrə leysan yağır, güclü külək əsir - FAKTİKİ HAVA

media-ads_728_90

Ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti davam edir.

“TV1” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Şabran, Xaçmaz, Quba, Xaltan, Qusar, Biləsuvar, Göygöl, Daşkəsən, Tərtər, eyni zamanda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Tovuz və Şabranda 15 m/s-dək güclənir.

Dənizdə dalğanın hündürlüyü 3.6 metrdir.

media-ads_728_90
Paylaş