"Boranı" restoranındakı yanğın söndürülüb - YENİLƏNİB/VİDEO

media-ads_728_90

Bakıda “Boranı” restoranında baş verən yanğın söndürülüb.

“TV1” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir.

Qeyd olunur ki, “Əhmədli” metrostansiyası yaxınlığında restoranın tüstü bacasında baş vermiş yanğın qısa müddətdə söndürülüb.

10:19  ————————————————————————————————————————————————–

Bakıda “Boranı” restoranında yanğın başlayıb.

“TV1” xəbər verir ki, yanğın hadisəsi restoranlar şəbəkəsinin “Əhmədli” metrostansiyası yaxınlığındakı filialında baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin üç yanğınsöndürən texnikası cəlb olunub.

FHN-dən bildirilib ki, nazirliyin 112 qaynar xəttinə Xətai rayonu, Əhmədli qəsəbəsində yanğın baş verməsi ilə bağlı məlumat daxil olub:

“Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və əməkdaşları cəlb olunub. Əlavə məlumat veriləcək”.

media-ads_728_90
Paylaş