Bosfor boğazında gəmilər toqquşub - Yaralılar var/VİDEO

media-ads_728_90

Bosfor boğazında Türkiyənin sərnişin gəmisi Panama bayraqlı yük daşıyıcı gəmi ilə toqquşub. Hadisə nəticəsində 12 nəfər yaralanıb.

“TV1” “Haber Global”a istinadən xəbər verir ki, hadisə Bakı vaxtı ilə saat 21:30 radələrində baş verib.

Hadisə yerinə yüksək sürətli xilasetmə qayıqları göndərilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Sahil Mühafizəsi dəyən ziyanı qiymətləndirmək üçün yük daşıyıcısını təhlükəsiz əraziyə yedəkləyib. Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib ki, ətraf mühitin çirklənməsinin qarşısı alınıb.

Sahil Mühafizə Xidməti hadisənin nəticələrini aradan qaldırır.

media-ads_728_90
Paylaş