Böyük Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin edib

media-ads_728_90

Böyük Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin edib.

“TV1” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin “X” platformasında məlumat verilib.

Qeyd edilir ki, komandir-leytenant Gevin Tarbard Böyük Britaniyanın Azərbaycanda ilk rezident müdafiə attaşesi təyin edilib.

“Biz komandir-leytenant Gevin Tarbardın Azərbaycana ilk Böyük Britaniya Rezident Müdafiə Attaşesi kimi gəlişini məmnuniyyətlə elan edirik. Bu tarixi addım, Britaniya-Azərbaycan möhkəmlənən tərəfdaşlığı əks etdirir və müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına töhfə verəcək”, – deyə səfirliyin bəyanatında yazılıb.

media-gevin-tarbard

media-ads_728_90
Paylaş