Böyük Qayıdış: Xocavənd və Xocalı rayonlarına növbəti köç karvanı yola salınıb

media-ads_728_90

Xocavənd rayonunun Sos kəndinə köç karvanı yola düşüb.

“TV1” xəbər verir ki, Sos kəndinə 45 nəfərdən ibarət 10 ailə yola salınıb.

Qeyd edək ki, bu gün erkən saatlarda Xocavənd rayonunun Qırmızı Bazar, Xocalı rayonunun isə Şuşakənd kəndinə də növbəti köç karvanı yola salınıb. 10 ailə (39 nəfər) Qırmızı Bazar, 15 ailə (59 nəfər) isə Şuşakənd kəndində məskunlaşacaq.

Bu mərhələdə kəndlərə ümumilikdə 98 nəfərdən ibarət 25 ailə köçürülür.

Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

media-ads_728_90
Paylaş