Brüsselin ən böyük aeroportu iflic olub

media-ads_728_90

Brüsselin ən böyük hava limanı Belçikada həmkarlar ittifaqlarının təşkil etdiyi ümummilli tətil səbəbindən bütün uçuşları ləğv edib.

“TV1” xəbər verir ki, tətil Belçika hökumətinin büdcə xərclərinin azaldılması planlarına etiraz əlaməti olaraq keçirilir.

Şarlerua hava limanında da oxşar vəziyyət yaranıb – işçi heyəti çatışmazlığı səbəbindən reyslər dayandırılıb.

Gecikmələr və ləğvlər Brüsseldəki metro, tramvay və avtobusların işinə də təsir göstərib. Paytaxt polisi sakinlərə şəhər mərkəzinə getməkdən çəkinməyi və şəxsi nəqliyyat vasitəsindən istifadə etməyi tövsiyə edib.

Etirazlara səbəb hökumətin dövlət xərclərini azaltmaq və Avropa İttifaqı normalarını aşan büdcə kəsirini azaltmaq üçün pensiya sisteminidə islahatların aparılmasının planlaşdırılması olub.

Həmkarlar ittifaqları çərşənbə günü Brüsseldə mitinqə on minlərlə insanın qatılacağını gözləyir.

media-ads_728_90
Paylaş