Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır
6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır.
Bu gün ictimai həyatın, eləcə də iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, rabitə xidmətləri və ən müasir informasiya texnologiyaları olmadan fəaliyyət göstərsin. Müasir dünyada insanların həyatını telefon və poçt rabitəsi, radio, televiziya, rəqəmsal texnologiyalar, internetsiz təsəvvür etmək mümkünsüzdür. Bu xidmətlərin hər biri bizim gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib.
Azərbaycanın telekommunikasiya peyklərinin orbitə buraxılması, kosmik sənayenin formalaşdırılması dövlət başçısının güclü uzaqgörən siyasi iradəsindən və ölkəmizin yüksək iqtisadi potensialının sübutudur.
Rabitə və informasiya texnologiyaları sahəsinin inkişafı daim ölkə Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir. Belə ki, peşə bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə rabitə və informasiya texnologiyaları sahəsində çalışan 11 nəfər “Tərəqqi” medalı ilə təltif olunub.