Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərilib - YENİLƏNİB

media-ads_728_90

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

“TV1”  xəbər verir ki, 26 vaqondan ibarət, çəkisi 1820 ton olan buğda bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

 

15:18

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

“TV1” xəbər verir ki, Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana ümumi çəkisi 1 820 ton olan 26 vaqon buğda göndəriləcək.

Tədarük “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından həyata keçiriləcək.

İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 43 min tona yaxın taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

media-ads_728_90
Paylaş