Bu il Azərbaycandan Türkiyəyə 2 milyard dollarlıq ixrac baş tutub

media-ads_728_90

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə 1 milyard 949 milyon 137,65 min dollar dəyərində mal ixrac olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz və ya 59 milyon 884,47 min dollar azalma deməkdir.

“TV1”  xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Hesabat dövrü ərzində Azərbaycan Türkiyədən 1 milyard 330 milyon 880,22 min dollar dəyərində mal idxal edib ki, bu da illik müqayisədə 3,2 faiz və ya 44 milyon 113,32 min dollar azdır.

media-ads_728_90
Paylaş