Bu il uşaqlara ən çox verilən ADLAR
2025-ci ilin ilk 7 ayında yeni doğulan körpələrə ən çox hansı adların verildiyi məlum olub.
“TV1” xəbər verir ki, 2025-ci ildə yeni doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub.
Belə ki, 802 ailə bu addan istifadə edib. Bundan əlavə, Hüseyn 534, Raul 521, Əli 517, Yusif 516, Ömər isə 388 yeni doğulan oğlan uşağına seçilən ad olub.
Dünyana yeni göz açan qız uşaqları üçün ən çox istifadə edilən ad isə Zəhra olub. 533 uşağa bu ad verilib.
Bununla yanaşı, Melisa 515, Məryəm 510, Zeynəb 508, Nilay 484, Ayla isə 462 uşağın adı kimi ailələr tərəfindən seçilib. /trend/