Bu il Azərbaycanda 64 minə yaxın körpə doğulub
Bu ilin səkkiz ayı ərzində Azərbaycan Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 63 min 698 doğulan körpə qeydə alınıb.
“TV1” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı statistik məlumatda qeyd olunub.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10-dan 9,3-ə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. Körpələrdən 2 min 152-si əkiz, 78-i isə üçəm doğulub.
Bu ilin yanvar-avqust ayları ərzində ölkədə 39 min 951 ölüm halı qeydə alınıb və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici 5,8-dən 5,9-a qədər artıb.