Bu universitetlərə tələbə qəbulu azala bilər - Nazir açıqladı...
“Gələcək illərdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinə tələbə qəbulu azala bilər”.
“TV1” xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
“Adambaşına maliyyələşmə sisteminə 2011‑ci ildə keçid etmişdik, amma adambaşına ayrılan vəsaitin artım sürətini bu illər ərzində təmin etməmişik. Bu sistem nəticəsində artıq tələbə sayını artırmaq mümkün olub, amma bu zaman keyfiyyətli kadrlar yetişdirilməsi kölgədə qalmamalıdır. İndi bu prosesin bir az tərsinə getməyə məcbur olmuşuq. Əsas məqsəd keyfiyyətin artırılmasıdır. Məsələn, gələcək illərdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinə tələbə qəbulu sayının azaldılması nəzərdə tutulur. Nəticədə bir tələbəyə düşən xərclər artacaq. Çünki orada daha yüksək keyfiyyət tələb olunur”, – deyə nazir qeyd edib.







