Rusiya Donetsk vilayətində mağazanı vurub - 11 ölü, 37 yaralı
Rusiya qüvvələrinin Ukraynanın Donetsk vilayətinin Kostyantinivka şəhərində mağazanı vurması nəticəsində ölənlərin sayı 11-ə çatıb. “TV1” xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluluğu məlumat yayıb. Yaralananların sayı 37 nəfərə çatıb.










