Azərbaycan əhalisinin gəlirləri 6 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 61 milyard 587 milyon manat təşkil edib.
“TV1” xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur.
Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 5,6 % artaraq 6 039 manata çatıb.