Cavanşir Feyziyev: "Türk dövlətlərindəki resursların həcmi Avropa Birliyindəki resursların həcmindən iki dəfə çoxdur" - VİDEO/ÖZƏL
“Türk dövlətlərində yaşayan əhalinin sayı 250 milyondur. Avropa Birliyində yaşayan əhalinin sayı isə 500 milyondur. Yəni əhalinin sayı onlarda bizdən iki dəfə çoxdur. Amma təbii resursların həcmi bizdə onlardan iki dəfə çoxdur. Bu müqayisə onu göstərir ki, Avropa Birliyində adambaşına düşən təbii resurs həcmi türk dövlətlərinin ərazisində yaşayan hər bir vətəndaşın adambaşına düşən həcmindən 4 dəfə azdır”.
Bunu “TV1”-ə özəl açıqlamasında deputat Cavanşir Feyziyev deyib.
O daha sonra bildirib:
“7 müstəqil türk dövlətinin ərazisində olan həcmi təsdiq olunmuş təbii resursların ümumi həcmi ilə Avropa İttifaqına daxil olan 27 ölkənin təbii resurslarını müqayisə etmişəm. Söhbət beynəlxalq qurumlar tərəfindən təsdiq olunmuş resursların həcmindən gedir. Burada söhbət enerji – neft, qaz, hidroresurslardan gedir”.
Mətanət Əliyeva
Daha ətraflı videomüsahibədə: