media-1200x100

Cəbrayıl, Zəngilan, Füzuli şəhərlərində su təsərrüfatı QURULUR

media-ads_728_90

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Qarabağda su təsərrüfatı sahəsində irimiqyaslı işlər həyata keçirir. Sakinlərin keyfiyyətli, dayanıqlı içməli su ilə təmin olunması üçün təxirəsalınmaz bərpa və tikinti işləri aparılır.

“TV1” xəbər verir ki, ADSEA-dan bildirilib ki, qurumun sifarişi ilə icra olunan Cəbrayıl şəhərinin xarici su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsi 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla 15 min nəfərin tələbatının ödənilməsinə hesablanıb.

Cəbrayıl şəhərində 2023-cü ildə 1 ədəd geoloji kəşfiyyat quyusu qazılıb. Seçilmiş mənbənin məhsuldarlığı və suyun keyfiyyət göstəriciləri şəhəri və ətraf kəndləri içməli su ilə təmin etməyə imkan verir.

Cəbrayıl şəhərinin şimalında ümumilikdə 9 subartezian quyusunun qazılması layihələndirilib və artıq bu istiqamətdə işlərə başlanılıb. İlkin mərhələdə 3 quyu qazılacaq. Cəbrayıl şəhər ərazisində 3 ədəd artezian quyusunun birinci mərhələsində qazıntı işləri nəzərdə tutulub. Məhsuldarlığı saniyədə 12 litr olan quyulardan biri, 6 saylı Subartezian quyusunun idarəetmə otağı istifadəyə verilib. Şəhərdə məskunlaşacaq əhalinin sayı artdıqca yeni quyuların qazılması təmin ediləcək.

Qarşıda duran perspektiv plana uyğun 9 ədəd subartezian quyusu, 1 ədəd nasosxananın inşası nəzərdə tutulub. Layihə çərçivəsində 9 kilometrlik məsafədən çəkilən çirkab su kollektor xəttinin tikintisi yekunlaşmaq üzrədir. İşlərin artıq 83 faizi tamamlanıb. Layihəyə uyğun olaraq 2046 metr magistral su xəttindən 1352 metri və artezianlararası 1837 metr su xəttindən 1143 metri inşa olunub.

Eyni məzmunlu işlər Füzuli şəhərində də aparılır. Hazırda Füzuli şəhərində 648 ailə məskunlaşır. Əhalinin, eləcə də dövlət və özəl sektora aid binaların və obyektlərin içməli su ilə təmin edilməsi məqsədilə layihələr həyata keçirilir.

Şəhəri içməli su ilə təmin etmək üçün hər birinin tutumu 8500 kubmetr olan 2 ədəd və hər birinin tutumu 2500 kubmetr olan 2 ədəd su anbarı inşa edilir. Hazırda anbarların idarəetmə və gözətçi otaqlarının tikinti-quraşdırma işləri yekunlaşıb. Abadlıq işləri aparılır.

Füzuli Sukanal sahəsinin rəisi Vüqar Sərkərli bildirib ki, mövcud olan Gövşad kəndindəki mənbədən müvəqqəti olaraq 100 kubmetrlik anbara su vurulur və oradan Füzuli şəhərinə su verilir. Vüqar Sərkərli onu da qeyd etdi ki, şəhər 24 saatlıq dayanıqlı içməli su ilə təmin olunur.

Tikilən 17 min kubmetrlik anbar və 2500 kubmetrlik anbarda da işlər yekunlaşmaq üzrədir. Layihə çərçivəsində Füzuli şəhərində 10330 metr magistral su xətti, 5807 metr artezianlar və anbarlararası su xətti, 1 ədəd tullantı su təmizləyici qurğu, 1816 metrlik kanalizasiya kollektoru inşa olunub. Bundan əlavə 15 ədəd subartezian quyusunun qazıntı işləri artıq yekunlaşıb.

Füzuli şəhər sakini Sahib Novruzov da sakinlərin fasiləsiz su ilə təmin olunduğunu qeyd edib. O bildirib ki, sakinlər suyun verilişindən və istifadəsindən heç bir narahatlığın və narazılığın olmadığını vurğulayırlar.

Gələcək perspektivi nəzərə alaraq əminliklə demək olar ki, Füzuli şəhərinin sakinləri su təminatında heç bir problem yaşamayacaqlar. Hər bir sakin keyfiyyətli içməli su ilə təmin olunacaq.

Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qarabağın içməli su təchizatının bərpasını illərdir yolunu gözlədiyimiz torpaqlarımızda qətiyyətlə və müntəzəm icra edir.

media-ads_728_90
Paylaş