“Cəfər Cabbarlı - Xətai” metro stansiyalarında interval AZALDILACAQ

media-ads_728_90

Bakı metrosunda daha bir sahədə qatarların hərəkət intervalı azaldılacaq.

“TV1” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Hərəkət Xidməti məlumat verib.

O qeyd edib ki, daha öncə metronun “Cəfər Cabbarlı” və “Xətai” stansiyaları arasında pik saatlarda qatarların hərəkət intervalı azaldılıb 10 dəqiqiyə endirilib.

Qeyd edək ki, yeni tədris mövsümünün başlanması ilə əlaqədar “Həzi Aslanov” stansiyasında artan sərnişin axınının qarşılanması məqsədilə “Həzi Aslanov–Əhmədli” mənzilində qatarların hərəkəti pik saatlarda 5, qeyri-pik saatlarda isə 7 dəqiqəlik intervalla tənzimlənəcək.

media-ads_728_90
Paylaş