Cennifer Lopez Rusiyada konsert verməkdən İMTİNA ETDİ
Amerikalı müğənni Cennifer Lopez Rusiyada konsert verməkdən imtina edib.
“TV1” xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Xəbərdə müğənninin avqustda Moskvada konsert verməyi planlaşdırdığı, lakin bu günlərdə fikrindən daşındığı qeyd edilib. Bildirilir ki, C.Lopez 3 ay əvvəl konsertlə bağlı razılaşıb.
Dünya şöhrətli müğənninin Moskvadakı konserti ilə bağlı ilkin müqavilə imzalandığı, hətta 1 milyon dollar qonorar təyin edildiyi də vurğulanır.
Onun bu qərarı verməsinə səbəb kimi ölkədə hərbi əməliyyatların davam etməsi və bunun C.Lopezin imicinə xələl gətirəcəyi göstərilib.