Çin Azərbaycan vasitəsilə Avropaya yük qatarları göndərir
“2025-ci ilin yeddi ayında Çindən 225 blok-qatar qəbul edilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur”.
“TV1” xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey bugünkü brifinqdə bildirib.
O bildirib ki, ilin sonuna qədər 400-dən çox blok-qatarın qəbul ediləcəyi gözlənilir.
“Bu ilin əvvəlindən etibarən Pekindən və Çinin Şansi, Quandoun və Çjetszyan əyalətlərindən Transxəzər marşrutu üzrə Çin-Avropa qatarları Azərbaycan üzərindən uğurla yola düşüblər. Sabah mən Çjetszyandan Bakıya gələcək Çin-Avropa yük qatarının qəbul mərasimində iştirak edəcəyəm”, – deyə diplomat qeyd edib.