Çin lideri Putinə: "70 yaşda hələ uşaqsan" - VİDEO
Rusiya prezidenti Vladimir Putin sentyabrın 3-də Pekində hərbi parad öncəsi Çin lideri Si Cinpinlə biotexnologiyadan, insan ömrünü uzatmaqdan, hətta ölümsüzlüyə çatmaqdan danışıblar.
“TV1” xəbər verir ki, söhbət insan ömrünü uzatmaq barədə gedib.
“Əvvəl adamlar nadir hallarda 70 yaşa çatırdılar. İndi isə 70 yaşda hələ uşaqsan”, – bunu Si Cinpin deyib.
V.Putin isə cavab verib (videoda onun sözlərinin Çin dilinə tərcüməsi eşidilir): “Biotexnologiya sayəsində orqanları sonsuz dəyişmək olacaq… Adamlar çox yaşadıqca, daha da gəncləşəcəklər, hətta ölümsüzlüyə çata biləcəklər”.








