Çindən ölkəmizə gələn turistlərin sayı artıb
“Bu ilin 7 ayı ərzində 34 mindən çox Çin vətəndaşı ölkəmizə gəlib ki, bu da 56% artım deməkdir”.
“TV1” xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “China Ready” proqramının təqdimatı mərasimində çıxışında deyib.
O qeyd edib ki, bu gün biz ölkəmizə gələn çinli turistlərin Azərbaycanda daha rahat qonaqlamasını təmin etmək, yerli turizm sənayesinin çinli turistləri qəbul etmək üçün hazırlıq səviyyəsinin artırılmasına istiqamətlənmiş “China Ready” konsepsiyasını təqdim edirik:
““China Ready” proqramı beynəlxalq səviyyədə tanınan təlim və sertifikatlaşdırma sistemidir. Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəsmi şəkildə tanınır və çinli turistlərin qəbulu üçün vacib tələbləri müəyyənləşdirir”.