Çində FƏLAKƏT - Güclü yağışlar 30 nəfərin həyatına son qoyub
Çinin paytaxtı Pekində güclü yağışlar və daşqınlar 30 nəfərin həyatına son qoyub, səlahiyyətlilər isə 80 mindən çox sakini təxliyə edib.
“TV1” xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, ölənlərdən 28-i şəhərin şimal hissəsində yerləşən Miyun rayonunun sakinləridir. Güclü yağışların təsirinə məruz qalan ərazidə magistral yollar və elektrik xətləri sıradan çıxıb.
Pekində son bir neçə gündə düşən yağıntının orta miqdarı təxminən 166 mm-dir. Şəhərin bəzi ərazilərində bu rəqəm 544 mm-ə çatır. Bundan əvvəl Çin Sədri Si Cinpin insan tələfatının qarşısını almaq üçün maksimum səy göstərilməsi barədə göstəriş verib.