COP29 və WUF13 İqlim Həftəsinə doğru mühüm körpü rolunu oynayır - Rossbax
COP29 və Dünya Şəhərsalma Forumu (WUF13) bu il Ümumdünya Ətraf Mühit Gününün qlobal qeyd etmələrinə və daha sonra rəsmi UNFCCC (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası) İqlim Həftəsinə doğru mühüm bir körpü rolunu oynayır.
“TV1” xəbər verir ki, bunu bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax bu gün Bakıda Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş “Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə” şüarı altında təşkil olunan beynəlxalq konfransda videomüraciətində bildirib.
Onun sözlərinə görə, Dünya Şəhərsalma Forumunda Bakı Davamlılıq Koalisiyası COP rəyasət heyətlərini və Dünya Şəhərsalma Forumlarını bir araya gətirərək şəhərsalma və iqlim gündəliklərini birləşdirən, Paris Sazişi ilə Yeni Şəhərsalma Gündəliyi arasında uyğunluğu gücləndirən inteqrasiya olunmuş yanaşmanın inkişafı üçün mühüm bir platforma yaradıb:
“Bu, Azərbaycan hökumətinin qlobal gündəliklərin əlaqələndirilməsinə verdiyi yüksək önəmi nümayiş etdirir.
Dünya Şəhərsalma Forumunun Bakı Fəaliyyət Çağırışı bizə xatırladır ki, şəhərlərimiz həyatı dəstəkləyən təbii sistemlərlə harmoniya içində inkişaf etməlidir. Eyni zamanda, Ümumdünya Ətraf Mühit Gününün mövzusu olan “Təbiətdən ilhamlanaraq: iqlim üçün, gələcəyimiz üçün” çağırışı bu baxışı daha da gücləndirir.
Bakı Fəaliyyət Çağırışı dayanıqlı şəhərsalma inkişafında mənzilin əsas rolunu vurğulayaraq hamı üçün inklüziv, əlçatan və iqlimə davamlı yaşayış şəraitinə doğru qətiyyətli keçidə çağırır.
Bu çağırış təbiətə əsaslanan həllərə, ekosistemlərin bərpasına, daha yaşıl şəhər məkanlarının yaradılmasına və dayanıqlılığın gücləndirilməsinə dair yenilənmiş öhdəliyi tələb edir. Məqsəd insan məskənlərinin təkcə ətraf mühitə təsirini (karbon izini) azaltmaq deyil, həm də icmaların dayanıqlığını aktiv şəkildə gücləndirməkdir.
Şəhərsalmanı təbiətin müdrikliyi ilə uyğunlaşdıraraq, şəhərlərimizi iqlim fəaliyyətinin və inklüziv rifahın hərəkətverici qüvvəsinə çevirə bilərik və beləliklə, gələcək nəsillər üçün daha dayanıqlı və ümidverici bir gələcək təmin edə bilərik”, – o qeyd edib.








