Corc Soros və oğlu məsuliyyətə cəlb olunmalıdır - Tramp

media-ads_728_90

ABŞ prezidenti Donald Tramp milyarder Corc Soros və oğlu Aleksandrın ölkədəki etirazlara dəstək verdiyinə görə mühakimə olunmasına çağırış edib.

“TV1” xəbər verir ki, bu barədə D.Tramp özünün “Truth Social” hesabında paylaşım edib.

ABŞ lideri bildirib ki, milyarder Corc Soros və oğlu ABŞ-dakı etiraz aksiyalarına dəstək verdikləri üçün RICO (reketçilik və qanunsuz təşkilatlara görə mühakimə aktı)  qanununa əsasən mühakimə olunmalıdır.

“Corc Soros və onun gözəl radikal solçu oğlu ABŞ ərazisindəki zorakı etirazlara dəstək verdiklərinə görə RICO qanunu çərçivəsində məsuliyyətə cəlb edilməlidirlər”, – deyə D.Tramp bildirib.

O daha sonra qeyd edib: “ABŞ hakimiyyəti bu dəli insanlara ölkəni parçalayıb dağıtmağa imkan verməyəcək.

D.Trampın sözlərinə görə, Soros və ona dəstək verən “psixopat qrup” ölkəyə böyük ziyan vurub.

media-ads_728_90
Paylaş