Dağıstanda zəlzələ olub
Dağıstanda 3,4 maqnitudalı zəlzələ baş verib.
“TV1” xəbər verir ki, ilkin məlumatlara görə, ölən və dağıntı yoxdur.
Bildirilir ki, Rusiya Elmlər Akademiyasının Dağıstan Geofizika Xidmətinin növbətçi mütəxəssisindən daxil olan məlumata əsasən, saat 8:34-də (Bakı vaxtı ilə 9:34) Karabudaxkent rayonunda hava limanı ərazisində 2 km dərinlikdə 3,4 maqnitudalı zəlzələ baş verib.
Yeraltı təkanlar yerin səthində hiss olunmayıb.