Donald Tramp İsraildə səfərdədir

media-ads_728_90

ABŞ Prezidenti Donald Tramp İsrailə gedib.

“TV1” xəbər verir ki, D.Trampı Ben-Qurion hava limanında İsrailin Prezidenti və Baş naziri qarşılayıb.

Qeyd edək ki, Donald Tramp İsraildə bir neçə saat keçirəcək, girovların ailələri ilə görüşəcək və Knessetdə çıxış edəcək.

Daha sonra o, Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirə gedəcək.

media-ads_728_90
Paylaş