269 min 702 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

media-ads_728_90

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-sentyabr ayları ərzində daşınmaz əmlak üzərində 269 min 702 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

“TV1” xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, bu göstəricinin 44 min 462-si (16,5 faiz) ilkin, 225 min 240-ı isə (83,5 faiz) təkrar qeydiyyatın payına düşür.

Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 71 min 843-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Yanvar-sentyabr aylarında 203 min 56 texniki pasport tərtib edilib, 56 min 730 ipoteka müqaviləsi qeydiyyata alınıb.

media-ads_728_90
Paylaş