Dövlət xətti ilə verilən ipoteka kreditlərinin SAYI

media-ads_728_90

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

“TV1” xəbər verir ki, bu barədə İKZF-nin məlumatında bildirilir.

Qeyd olunur ki, fondun xətti ilə İKZF-nin yaradılmasından indiyədək 53 703 ipoteka krediti verilib.

Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 3,433 milyard manat təşkil edib. Zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 543,443 milyon manata bərabər olub. Kirayəçilərin istifadəsinə isə 6 764 yaşayış sahəsi verilib.

media-ads_728_90
Paylaş