Dünyanın ən hündür körpüsü açılır - 1 saatlıq yol 90 saniyəyə

media-ads_728_90

Çin 280 milyon dollar xərclədiyi dünyanın ən hündür körpüsünü açmağa hazırlaşır.

“TV1” xəbər verir ki, Çinin Quizhou şəhərindəki Huajiang Grand Kanyonu üzərində tikilmiş dünyanın ən hündür körpüsü sentyabrın sonunadək nəqliyyatın hərəkətinə başlayacaq.

Beipan çayı üzərində yerləşən nəhəng struktur kanyonun hündürlüyü 625 metr, uzunluğu isə 2890 metrdir.

Tikintisi ötən ay tamamlanan körpü sınaqdan keçirilib. Körpüdə gediş-gəliş 90 saniyə çəkəcək. Əvvəl isə bu müddət 1 saat idi.

 

media-ads_728_90
Paylaş