Əfqanıstanda güclü ZƏLZƏLƏ - Ölənlərin sayı 800-ə çatıb/VİDEO
Əfqanıstanda baş verən zəlzələdə həlak olanların sayı 800 nəfərə yüksəlib, yaralıların sayı isə 2500-ə çatıb.
“TV1” xəbər verir ki, bu barədə Əfqanıstan hökumətinin məlumatında bildirilir.
10:13 ———————————————————————————————————————–
Əfqanıstanın Nanqarhar vilayətinin mərkəzi rayonu Cəlalabad yaxınlığında baş vermiş 6 bal gücündə zəlzələ nəticəsində 622 nəfər həlak olub, 1 500-dən çox insan yaralanıb.
“TV1” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd edək ki, ABŞ Geoloji Xidməti 6 bal gücündə zəlzələnin ölkənin Pakistanla sərhədi yaxınlığında baş verdiyini açıqlayıb.
Cəlalabaddan 27 kilometr şimal-şərqdə baş vermiş zəlzələ yerin 8 kilometr dərinliyində qeydə alınıb.