Əfqanıstanda zəlzələdə ölənlərin sayı 2,2 min nəfəri keçdi

media-ads_728_90

Əfqanıstanda dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 2 205 nəfərə çatıb.

“TV1” xəbər verir ki, bu barədə “Taliban” hərəkatının mətbuat katibinin müavini Həmdulla Fitrat “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Məlumata görə, təbii fəlakət nəticəsində azı 3 640 nəfər xəsarət alıb.

“Ölənlərin sayı 2 205-ə, yaralıların sayı isə 3 640-a çatıb”, – deyə H.Fitrat yazıb.

Xatırladaq ki, avqustun 31-i gecə saatlarında Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 6,0 maqnitudalı zəlzələ baş verib.

media-ads_728_90
Paylaş