Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1411-ə çatdı - YENİLƏNİB/VİDEO

media-ads_728_90

Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1411 nəfərə çatıb.

“TV1” xəbər verir ki, bu barədə Taliban hökumətinin sözçüsü Zabihullah Mücahid məlumat verib.

O bildirib ki, xəsarət alanların sayı 3124-dür.

“5400-dən çox ev isə tamamilə dağılıb”, – deyə o, vurğulayıb.

12:35  ———————————————————————————————————————————–

Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1124 nəfərə çatıb.

“TV1” xəbər verir ki, bu barədə “Reuters“ Əfqanıstan Qızıl Aypara Cəmiyyətinə istinadən məlumat yayıb.

Məlumata görə, 8 mindən çox ev dağılıb, 3251 nəfər yaralı var.

11:03  ——————————————————————————————————————————–

Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 900-ə çatıb.

“TV1” xəbər verir ki, bu barədə Əfqanıstanın Fəlakətlərlə Mübarizə üzrə Milli Agentliyi məlumat yayıb.

Xəsarət alanların sayı isə 3000 nəfərdir.

Ölüm sayının da ciddi dərəcədə artacağı istisna edilməyib.

media-ads_728_90
Paylaş