Elçin Əfəndiyevin qızı Azərbaycan Prezidenti və Birinci vitse-prezidentinə təşəkkür edib

media-ads_728_90

Milli Məclisin deputatı Günay Əfəndiyeva ailəsi adından belə bir ağır gündə göstərdikləri dəstəyə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

“TV1” xəbər verir ki, o, atası, Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimində çox xoşbəxt ailə olduqlarını söyləyib:

“Bu xoşbəxtlik üçün hər zaman atama borclu olacağıq. Onun ziyalılığı, insanlara rəftarı ilə həmişə fəxr etmişik. Atam işıqlı adam idi, bu dünyadan köçsə də, onun işığını hər zaman hiss edəcəyik”.

media-ads_728_90
Paylaş