Elektrik mühərrikli yük avtomobillərinin idxalı gömrük rüsumundan azad edilib
Elektrik mühərrikli yük avtomobilləri idxal gömrük rüsumundan azad edilib.
“TV1” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən, zavod buraxılış tarixindən 3 ilə qədər ötmüş yük avtomobillərinin idxalı 1 yanvar 2028-ci ilə qədər gömrük rüsumundan azad edilib (mövcud rüsum dərəcəsi 5 %-dir).