Elnur Fərzəliyev: "Bakıda 11 minə qədər istismar müddətini bitirmiş köhnə çoxmənzilli yaşayış binaları var - ÖZƏL/VİDEO
“Bakı şəhərində 11 minə qədər istismar müddətini bitirmiş köhnə çoxmənzilli yaşayış binaları var (“Xruşşovka”, “Stalinka” – red. M.Ə.) Çox sayda da fərdi yaşayış evləri var ki, sökülməlidir”.
Bu barədə “TV1”-ə özəl açıqlamasında Rieltorlar Assosiasiyasının sədri, daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib.
O bildirib:
“Bu evlər artıq yaşayış üçün yararsızdır. Əslində, vətəndaşlar özləri cəhd etməlidirlər ki, bu proses sürətlənsin. Çünki bir binanın sökülüb-tikilməsi ən azından 3 il vaxt alır. Bundan əlavə, vətəndaşın əmlakı dəyərlənir”.
Mətanət Əliyeva
Daha ətraflı müsahibədə: