Ərdoğan Dohaya gedəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 14-də Qətərə rəsmi səfər edəcək.
“TV1” xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qeyd edək ki, İsrail ordusu 9 sentyabrda HƏMAS rəhbərliyini hədəf alaraq, Dohada yaşayış massivinə zərbə endirib.