Azərbaycan vətəndaşları Türkiyədə əcnəbi sayılmayacaq - MÜHÜM SƏRƏNCAM

media-ads_728_90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türksoylu əcnəbilərin hüquqi statusuna dair mühüm sərəncam imzalayıb.

Yeni sərəncama əsasən, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan vətəndaşları artıq Türkiyədə öz peşə və sənətlərini sərbəst şəkildə icra edə biləcəklər.

“TV1” xəbər verir ki, bu barədə “Resmi Gazete” məlumat yayıb.

Beləliklə, türksoylular həm dövlət, həm də özəl müəssisələrdə daha rahat şəkildə işləyə biləcəklər.

Qərar 2527 saylı Qanun çərçivəsində qəbul olunub və iş icazəsi prosedurlarında ciddi sadələşmə yaradır.

Yeni qaydalara əsasən, türksoylular Türkiyədə “əcnəbi” hesab edilməyəcək, bu da onların sosial və iqtisadi həyatda yerli vətəndaşlarla eyni şərtlərdə fəaliyyət göstərməsinə imkan verəcək.

Ekspertlər bu qərarın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsinə və əmək bazarının inteqrasiyasına mühüm töhfə verəcəyini bildirirlər.

media-turk-esilli-ecnebiler

media-ads_728_90
Paylaş