Ermənistan hökuməti Konstitusiyanı dəyişəcəkmi? - Ararat Mirzoyanın AÇIQLAMASI

media-ads_728_90

“Ermənistan heç vaxt və heç bir üçüncü tərəf qarşısında Konstitusiyanı dəyişdirmək öhdəliyi götürməyib və götürməyəcək”.

“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan  ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə bu gün keçirdiyi brifinqdə deyib.

O, eyni zamanda Ermənistan Konstitusiyasının dəyişdiriləcəyi ilə də bağlı fikir söyləyib:

“Bu, yalnız vətəndaşlarımızın qərarıdır və daxili siyasi gündəliyimizin bir hissəsidir. Azərbaycan bu məsələni sülh sazişinin imzalanması üçün şərt kimi irəli sürməkdə davam edir. Biz isə bu şərti qəbul etmirik”.

Xatırladaq ki, Ermənistan Konstitusiyasına müvafiq dəyişiklik yekun sülh sazişinin imzalanması üçün Azərbaycanın tələbidir. Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan bundan əvvəl Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarıla biləcəyini istisna etməyib.

Ermənistan Baş naziri Nikol Paşinyan isə 2026-cı ildə tamamilə yeni Konstitusiyanın qəbul olunacağını açıqlayıb.

media-ads_728_90
Paylaş