Ermənistanın Yekaterinburqdakı konsulluğu bağlanıb
Uralda Ermənistanın konsulluğu bağlanıb.
“TV1” xəbər verir ki, bu barədə “Ura.ru” konsulluğa istinadən məlumat yayıb.
Qeyd olunur ki, onun fəaliyyətinin dayandırılmasından əvvəl Ermənistan Apostol Kilsəsini dəstəkləyən Ermənistanın Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyan vəzifəsindən azad edilib.
“Hörmətli vətəndaşlar, Ermənistanın Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyanın statusunun ləğv edilməsi ilə əlaqədar olaraq bildiririk ki, sözügedən fəxri konsulluğun ofisi öz fəaliyyətini dayandırıb. Yeddi il ərzində bizə 57 mindən çox vətəndaş müraciət edib”, – deyə məlumatda bildirilib.