“Formula 1”ə görə dərslərin başlama tarixi dəyişir? - RƏSMİ

media-ads_728_90

2025/2026-cı tədris ilinin başlamasına təsadüf edən Formula-1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar tədris prosesinin başlama tarixinin dəyişdirilməsinə dair yayılmış məlumat həqiqəti əks etdirmir.

“TV1” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Vurğulanıb ki, bütün təhsil müəssisələrində tədris sentyabrın 15-də başlayacaq.

Qeyd edilib ki, yarışların keçiriləcəyi ərazilərdə yerləşən təhsil müəssisələri ilə bağlı Formula-1 Azərbaycan Qran-prisi dövründə müəyyən məhdudiyyətlərin tətbiqinə dair qərar veriləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək. /teleqraf/

media-ads_728_90
Paylaş