Fransa parlamentində Makronun istefası irəli sürüləcək

media-ads_728_90

Fransada “Təslim olmayan Fransa” partiyası hökumətə etimad səsverməsindən sonrakı gün prezident Emmanuel Makronun hakimiyyətdən uzaqlaşdırılması təklifini parlamentə təqdim etmək niyyətindədir.

“TV1” xəbər verir ki, bu barədə partiyanın parlament fraksiyasının lideri Matilda Pano “X” sosial şəbəkəsində bildirib.

“8 sentyabrda biz Bayrunun getməsinə məcbur edəcəyik. 9 sentyabrda isə respublika prezidentinin vəzifədən kənarlaşdırılması təklifini irəli sürəcəyik”, – deyə o qeyd edib.

Siyasətçi xatırladıb ki, E.Makron 2024-cü il parlament seçkilərində sol qüvvələrin qələbəsinə baxmayaraq, sol qüvvələrin namizədini baş nazir təyin etməkdən imtina edib. Onun sözlərinə görə, bu, Beşinci Respublika tarixində ilk dəfə baş verib.

media-ads_728_90
Paylaş