Fransada iğtişaşlar - 250 nəfər saxlanılıb

media-ads_728_90

Fransanın bir sıra şəhərlərində kütləvi etiraz aksiyaları keçirilir. Etirazçılar infrastruktur obyektlərinin işinə əngəl yaratmağa çalışırlar. Bəzi aksiyalarda toqquşmalar baş verib. Parisdə keçirilən kütləvi etirazlarda 250 nəfər saxlanılıb.

“TV1” xəbər verir ki, Fransa mediasının məlumatına görə, erkən saatlardan etibarən bir qrup nümayişçi Parisdə avtobus deposunun çıxışını bloklamağa çalışıb, digər yandan başqa bir qrup paytaxt ətrafındakı halqavari yolun, Periferik bulvarındakı bir sıra yol ayırıcılarını müəyyən müddət bağlamağa nail olub.

Onlarla insan əllərində pirotexniki vasitələrlə avtomobil yollarına çıxaraq inşaat çəpərləri ilə nəqliyyatın hərəkətini dayandırıblar.

Parisin şəhərkənarında yerləşən Montreydə isə kiçik bir qrup küçələri və tramvay yollarını zibil və inşaat çəpərləri ilə bağlayıb. Etiraz aksiyalarının gecəyə kimi daha da kəskinləşəcəyi gözlənilir.

Qeyd edək ki, etiraz aksiyaları və tətilər hökumətin iqtisadi siyasətinə qarşı yönəlib. Belə ki, iyul ayında baş nazir Fransua Bayru büdcə xərclərinin 44 milyard avro həcmində qənaəti məqsədilə bir neçə dövlət bayramının iş günü elan edilməsini və bir sıra sərt büdcə islahatlarının aparılmasını təklif etmişdi.

media-ads_728_90
Paylaş