Fransanın Azərbaycana təyin etdiyi yeni səfir KİMDİR? - DETALLAR
Fransanın Azərbaycana təyin etdiyi yeni səfirin adı məlum olub.
“TV1” xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfirliyinin “X” hesabında yazılıb.
Qeyd olunub ki, Sofi Laqutt Fransanın Azərbaycandakı yeni səfiri təyin olunub.
Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri Sofi Laqutt iki ölkə arasında əlaqələri gücləndirmək üçün müzakirələr davam etdirməyi səbirsizliklə gözlədiyini bildirib.
Diplomat bu barədə “X”də yazıb.
O, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ilə görüşdüklərini və Bakıdakı missiyasına hazırlıq ərəfəsində fikir mübadiləsi apardıqlarına görə təşəkkür edib:
“İki ölkə arasında əlaqələri daha da gücləndirmək üçün tezliklə müzakirələrimizi davam etdirməyi səbirsizliklə gözləyirəm!”.
Qeyd edək ki, modern.az-ın yazdığına görə, yeni diplomatın son iş yeri Fransanın Xarici İşlər Nazirliyi (XİN) olub. S.Laqutt Paris Siyasi Araşdırmalar Elmləri İnstitutunda İctimaiyyətlə Əlaqələr üzrə Magistr dərəcəsinə yiyələnib və 2008-ci ildə Fransa Xarici İşlər Nazirliyinə daxil olub. Parisdə Avropa İttifaqı Direktorluğunda məsul işçi kimi fəaliyyətə başlayıb. 2011-ci ildə o, Fransanın Avropa Birliyi yanında Brüsseldəki Daimi Nümayəndəliyinə qoşulub, burada iqlim və ətraf mühit, daha sonra daxili bazar üzrə danışıqlar aparan şəxs və məsul komandanın koordinatoru təyin edilib.
2015-2017-ci illərdə Fransanın İsraildəki səfirliyində mətbuat departamentinin rəhbəri vəzifəsində çalışıb. O, 2017-2019-cu illərdə Avropa İşləri Naziri kabineti rəhbərinin müavini və Xarici İşlər Nazirinin Avropa məsələləri üzrə siyasi müşaviri vəzifələrində çalışıb. Diplomat 4 il Fransanın Monrealda Baş Konsulu olub. Daha sonra isə Xarici İşlər Baş Müfəttişliyində vəzifə icra edib.
Mes sincères félicitations, chère collègue @Sophie_Lagoutte. J’espère que nos efforts conjoints contribueront au développement des relations bilatérales entre 🇦🇿🇫🇷.
Təbrik edirəm və uğurlar arzulayıram. https://t.co/MhBYmsvkCg pic.twitter.com/WlxY2a1oaj
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) August 20, 2025