Fransanın baş naziri istefa verib

media-ads_728_90

Fransanın baş naziri Fransua Bayru istefa verib.

“TV1” xəbər verir ki, bu barədə “France 24” telekanalı məlumat yayıb.

“Baş nazir Bayru istefaya gedir”, – deyə məlumatda deyilir.

F.Bayru 9 sentyabr tarixində Parisdə yerləşən Yelisey Sarayına gəlib, burada o, Prezident Emmanuel Makrona istefa ərizəsini təqdim edəcək.

Xatırladaq ki, “The New York Times” qəzeti yazırdı ki, yeni baş nazirin tapılması ilə bağlı çətinliklər E.Makronun özünün istefasına da səbəb ola bilər.

media-ads_728_90
Paylaş