Fransanın Baş Qərargahı ordudan böyük münaqişəyə hazır olmağı tələb edib
“Fransa ordusu üç-dörd il ərzində baş verə biləcək böyük qarşıdurmaya hazır olmalıdır”.
“TV1” xəbər verir ki, Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Fabyen Mandon bunu Fransa parlamentinin aşağı palatasının Müdafiə Komitəsində keçirilən dinləmələrdə deyib.
“Le Parisien” qəzeti yazır ki, Fabyen Mandon bu vəziyyətlə bağlı fikrini Rusiya ilə qarşıdurma kontekstində səsləndirib.
General bildirib ki, toqquşma artıq hibrid formada gedir, lakin gələcəkdə daha geniş miqyas ala bilər: “Belə şəraitdə Fransanın etməli olduğu ilk şey hərbi büdcəni artırmaqdır”.
2026-cı ildə müdafiə büdcəsinin 57.1 milyard avroya qədər artırılması nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 13% artım deməkdir.








